Azərbaycanın daha beş idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.
Publika.az xəbər verir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışa qoşulacaq.
O, H qrupunda He Bin Çzyao (Çin) ilə üz-üzə gələcək.
Cüdoçulardan Balabəy Ağayev (60 kq) Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə, Leyla Əliyeva Xalimajon Kurbanova (Özbəkistan) ilə görüşəcək.
Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada bacarığını göstərəcək.