Bakı. Trend:
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enibvə xalqın gələcəyini təhdid edir.
Trend-inməlumatına görə, bu barədə Rusiya Federasiyası Prezidentininmətbuat katibi Dmitri Peskov “Yeni Media Festivalı”nıniştirakçıları ilə görüşündə bildirib.
“Biz ildən-ilə azalırıq və bunun öhdəsindən yalnız orta doğumnisbətini artırmaqla gəlmək olar. Bu göstərici ölkəmizdə 1,4 təşkiledir. Bu, millətin gələcəyi üçün fəlakətlidir”, - deyə prezidentinmətbuat katibi bildirib.
İyulun əvvəlində Rusiya Federasiyasının baş nazirinin müaviniTatyana Qolikova bildirib ki, reproduktiv yaşda olan qadınlarınsayının azalması uzunmüddətli xarakter daşıyacaq və 2046-cı ilədəkdavam edəcək.