EN

İsrailin hücumları nəticəsində 10 fələstinli həyatını itirib

Bakı, TurkicWorld

Oktyabrın 7-dən sonra Qəzzada BMT bayrağı altındakı 560-dan çox insan öldürülüb

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatı (UNRWA) açıqlama verib.

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Qəzzada humanitar vəziyyət müzakirə olunub. Burada üzv ölkələri məlumatlandıran UNRWA komissarının müavini general Antonio Marie de Meo Qəzzanın “xarabalığa” çevrildiyini qeyd edib.

Qəzzadakı vəziyyətin uşaqlar üzərindəki dəhşətli təsirinə diqqət çəkən de Meo, travma keçirmiş 625 min uşağın məktəbə gedə bilməyəcəyini bildirib.

“Biz BMT-nin bütün tərəfdaşları ilə birlikdə Qəzzada uşaqların təhsilini bərpa etməkdə qərarlıyıq” – deyə o qeyd edib.

De Meo Qəzzada beynəlxalq humanitar hüququn pozulması hallarının davam etdiyini, UNRWA-nın 199 əməkdaşının öldürüldüyünü və UNRWA-nın 190 obyektinin vurulduğunu bildirib.

Hafiz Rufizoğlu

Chosen
16
turkic.world

1Sources