Facebook-un sahibi Meta milyardlarla dollar cərimələnə bilər.
News24.az xəbər verir ki, Meta reklamda haqsız üstünlüklərə görə Avropa Birliyi tərəfindən araşdırılıb. Facebook-un sahibi olan Meta, Marketplace və buna bənzər yerlərdə ədalətli davranmadığı üçün milyard dollarlıq cərimə ilə üzləşib.
Avropa Birliyi hazırda Meta üçün araşdırma aparır. İddialara görə, Facebook və ya Instagram-da reklam xidmətlərinə mənfi şərtlər qoyan şirkət bazardakı mövqeyindən sui-istifadə edir. Bazarda rəqabətə mane olduğu bildirilən Meta gəlirinin 10 faizini itirmək mərhələsindədir.
Bildiyiniz kimi, Meta Facebook-da bir çox yazılara, o cümlədən Marketplace-ə reklam xidmətləri göstərir. Eyni vəziyyət İnstaqramda da var. Müəyyən reklamlara haqsız üstünlüklər verdiyi iddia edilən şirkət səlahiyyətlərindən sui-istifadə etdiyi iddiası ilə istintaqa cəlb edilib. AB Komissiyası tərəfindən böyük 13,4 milyard dollar cərimə olunacağı ehtimal edilən şirkət, 2023-cü il gəlirinin 10 faizini məhz bu cəriməyə görə ödəyəcək.
Günel Məlikzadə