Heç kim Ukraynanı sülh yolu ilə danışıqlar aparmağa inandırmayacaq, çünki bu, “mümkün deyil”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Dmitri Kuleba TSN-ə müsahibəsində bildirib.
“Heç kim bizi danışıqlara razı sala bilməz, çünki bizi razı salmaq mümkün deyil. İstənilən qərarı biz özümüz qəbul edəcəyik”, – diplomat Çinin Ukraynanı danışıqlara sövq edib-etməməsi sualına cavab verib.
O, həmçinin qeyd edib ki, Kiyevi dəstəkləyən Qərb ölkələri onu danışıqlara razı salmağa çalışmır.