Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
Tədbir ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutur.
Mərasimdə 206 komandadan 10,5 min idmançı iştirak edir.
Açılışı təxminən 300 min tamaşaçı izləyir. Bundan başqa tədbir şəhər sakinləri və qonaqlar üçün nəhəng ekranlarda yayımlanır.
İştirakçılar 116 qayıq vasitəsilə təxminən 6 km məsafəni qət edib Parisin müxtəlif tarixi məkanları və Olimpiya qurğularından yan keçəcəklər.
Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.(Report)
10Sources
-
nocomment.azParis Olimpiya Oyunlarının açılışı TƏNQİD OLUNDU ( 9168271)
-
bakivaxti.azParis Olimpiya Oyunlarının açılışı TƏNQİD OLUNDU ( 9168130)
-
news365.azParis Olimpiya Oyunlarının açılışı TƏNQİD OLUNDU ( 9167722)
-
modern.azParis Olimpiya Oyunlarının açılışı TƏNQİD OLUNDU ( 9167353)
-
publika.azƏlcəzairlilər Olimpiadanın açılış mərasimində Fransanın soyqırımına belə etiraz etdilər ( 9166174)
-
azpost.infoİlon Mask Paris Yay Olimpiya Oyunlarının açılış mərasimindən qəzəblənib ( 9163936)
-
azxeber.comƏlcəzairli idmançılar Fransanın etdiyi qətliamı unutmadı - VİDEO ( 9162961)
-
teleqraf.comParis Olimpiyadasında LGBT təbliğatı - Foto ( 9157363)
-
apa.azParisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib ( 9153346)
-
qafqazinfo.azParisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirildi - Fotolar+Yenilənib ( 9153313)