Rusiyanın Su-27 təyyarəsi Böyük Britaniyanın iki "Tayfun" qırıcısı və bir kəşfiyyat təyyarəsinin Qara dənizdə Rusiya sərhədinə yaxınlaşması nəticəsində havaya qaldırılıb.
Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Nəticədə həmin təyyarələr geri çevrilib, sərhəd pozuntusu olmayıb", - Müdafiə Nazirliyi bildirir.