Elm və Təhsil Nazirliyi qrant müsabiqəsi elan edib
Elm və Təhsil Nazirliyi icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili üçün qrant müsabiqəsi elan edir.
Qrant müsabiqəsinin məqsədi 2024-2025-ci dərs ilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən məhrum olmuş uşaqları cəlb etməkdir.
Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu alternativxidmet@edu.gov.az elektron poçt ünvanı vasitəsilə həyata keçirilir.
Sənədlərin qəbulu üçün ərizə vermək üçün son gün 16 avqust 2024-cü ildir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nda məktəbəqədər təhsildə iştirak edən uşaqların sayının 50 faizə çatdırılması nəzərdə tutulur.