Bakı. Trend:
Danimarkalı velosipedçi Solbyörk Minke Anderson xoşagəlməzhadisə ilə üzləşib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarınayollanmalı olan idmançını bir gün öncə avtomobil vurub.
O, evinin yaxınlığında məşq edərkən hadisə baş verib. 19 yaşlıAndersonun körpücük sümüyü qırıldığı üçün dördilliyin ən mötəbəryarışını buraxmaq məcburiyyətində qalıb.
Velosipedçi buna təəssüf etdiyini bildirib: "Heç bir söz yoxdur,sadəcə, məhv oldum, Olimpiya Oyunları hələ də bir xəyal kimi qaldı.Komanda yoldaşlarıma ən yaxşısını arzulayıram".
Paris-2024-də Andersonu ikiqat ölkə çempionu Rebekka Kernerəvəzləyəcək.
Qeyd edək ki, Olimpiya Oyunlarında velosiped yarışları iyulun27-dən avqustun 4-dək keçiriləcək.