AZ

Paris-2024: İdmançını avtomobil vurub, yarışa yollana bilməyəcək

Danimarkalı velosipedçi Solbyörk Minke Anderson xoşagəlməz hadisə ilə üzləşib.

İdman.biz xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına yollanmalı olan idmançını bir gün öncə avtomobil vurub.

O, evinin yaxınlığında məşq edərkən hadisə baş verib. 19 yaşlı Andersonun körpücük sümüyü qırıldığı üçün dördilliyin ən mötəbər yarışını buraxmaq məcburiyyətində qalıb.

Velosipedçi buna təəssüf etdiyini bildiyib: "Heç bir söz yoxdur, sadəcə, məhv oldum, Olimpiya Oyunları hələ də bir xəyal kimi qaldı. Komanda yoldaşlarıma ən yaxşısını arzulayıram".

Paris-2024-də Andersonu ikiqat ölkə çempionu Rebekka Kerner əvəzləyəcək.

Qeyd edək ki, Olimpiya Oyunlarında velosiped yarışları iyulun 27-dən avqustun 4-dək keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
7
idman.biz

8Mənbələr