Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının, dezinformasiyaya qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayaraq, 2-ci Şuşa Qlobal Media Forumunda sözügedən məsələ barədə aparılan müzakirələrin nəticələri ilə bağlı qonaqlara məlumat verib.
Özbəkistandan olan nümayəndə heyəti isə media sahəsində qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri, uzunmüddətli səmərəli tərəfdaşlıq və kommunikasiyanın qurulması, mövcud əlaqələrin davamlı inkişafının vacibliyini diqqətə çatdırıb.