EN

Yığmamızın üzvü “Zenit”də qaldı: “Başqa təkliflərim də var idi”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva “Zenit”lə yeni müqavilə imzalayıb. Müdafiəçi daha 2 il Rusiya klubunda forma geyinəcək.

Nigar futbolinfo.az saytına açıqlamasında başqa təkliflərinin də olduğunu, lakin Sankt-Peterburq təmsilçisində qalmağı uyğun gördüyünü bildirib: “Klubumda vəziyyət çox gözəldir. Keçən il olduğu kimi bu il də çempionluğa doğru gedirik. Klub rəhbərimiz mənim komandada olmağımı istədiyi üçün müqavilənin müddətini daha iki il uzatdıq. Başqa təkliflərim də var idi. Sadəcə, tam istədiyim komanda olmadığı üçün Sankt-Peterburq təmsilçisində qalmağı uyğun gördüm. Bura mənə daha xoş və gözəl təəssürat bağışlayır. “Zenit”də özümdə daha çox irəliləyiş hiss edirəm”.

Qeyd edək ki, Nigar 2023-ci ilin yanvarından “Zenit”də çıxış edir.

GÜNAY SÜLEYMANOVA

Chosen
57
1
futbolinfo.az

2Sources