EN

Regionlarda qadınlar üçün son məşğulluq və karyera təlimi Saatlıda keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi (SQPR) tərəfindən icra olunan "Region qadınlarının məşğulluq imkanlarının yüksəldilməsi" layihəsi çərçivəsində sonuncu maarifləndirici təlim Saatlı rayonunda keçirildi.

30 nəfər fəal qadının iştirakı ilə keçirilən tədbirdə SQPR İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova, layihənin eksperti Asif Əsgərli, Saatlı rayon icra hakimiyyətinin baş məsləhətçisi Aqşin Məmmədov və digər aidiyyətli rəsmi şəxslər iştirak edərək, bu uğurlu layihənin əhəmiyyəti, o cümlədən, bölgə qadınlarının iş, məşğulluq və karyera quruculuğu sahəsində maariflənməsinə müsbət təsir edəcəyini qeyd etdilər.

Sonra ekspert A. Əsgərli təlim iştirakçıları ilə interaktiv təqdimat və müzakirələr aparmaqla müxtəlif mövzularda region qadınlarının bilik və bacarıqlarının artırılması üçün maarifləndirici informasiya və bilgilər çatdırdı. Sonra təlim iştirakçıları üçün qarşılıqlı müzakirə və konsaltinq aparıldı. Yekunda iştirakçıların qiymətləndirilməsi aparıldı və bölgə qadınları sertifikatlarla təltif olundular.

Chosen
72
16
aznews.az

10Sources