EN

Bəşəriyyət üçün qaranlıq gün: ABŞ-da qətliam alqışlarla qarşılandı

ABŞ soyqırımda ittiham olunan İsrailə qeyd-şərtsiz dəstəyini növbəti dəfə nümayiş etdirib. Netanyahu ABŞ Konqresində çıxış edərək yalanlarını dünyaya çatdırıb. Əlində 39 mindən çox Qəzza vətəndaşının qanı olan və Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru tərəfindən həbsi tələb edilən Netanyahu çıxışı zamanı tez-tez ayaqda alqışlarla qarşılanıb.
Elchi.az bu barədə “TRT Haber”ə istinadən xəbər verir.
Fələstin torpaqlarında, xüsusilə Qəzzada törədilən qırğınlardan məsul olan İsrailin baş naziri Netanyahu konqresdə çıxış edib.
O, törətdiyi soyqırım cinayətinə bəhanələr sadalayarkən sürəkli alqışlarla qarşılanıb.
ABŞ Konqresi bu görüntülərlə bəşəriyyət üçün “qara gün”ü geridə qoyub.
Bu qalmaqallı proses ABŞ-ın Netanyahunu konqresdə çıxış etmək üçün dəvət etməsi ilə başlayıb.
Beynəlxalq Ədalət Məhkəməsində soyqırımda ittiham olunan və Beynəlxalq Cinayət Məhkəməsi prokuroru tərəfindən həbsi tələb edilən İsrailin baş naziri Netanyahu həmin dəvətdən sonra ABŞ-a gedib.
O, qurultayda kürsüdən yalanlarını dünyaya söyləmək imkanı qazanıb.
Netanyahu çıxışında ABŞ administrasiyasına təşəkkür edib, Konqres üzvləri isə cinayətini dəstəklədikləri İsrail baş nazirini alqışlayıblar.Nuranə Məmmədova

Chosen
44
23
elchi.az

10Sources