EN

"Mahal" MTK rəhbəri Elvin Rəhimovdan şikayyət - Prezidentə müraciət: Cənab İlham Əliyev, bu adam halal pulumuzu vermir, arxasındakı qüvvələr isə...

Bizim atalardan qalan bir mirasımız, bir mental dəyərimiz və formalaşan əxlaq kodumuz var - yetimin, kasıbın, necə deyərlər, fəhlənin pulunu kəsməzlər, yeməzlər. Bu nahaq işi kim tutubsa, bir qəpiyini kəsibsə, həyatda heç vaxt xeyir tapmayıb, haçansa ondan başqa cür o pul çıxıb, ikiqat xərcə düşüb. Çünki günahdır, fəhlə babanın əlinin qabarı, alnının təri ilə qazandığı o qəpik-quruşu ondan əsirgəməzlər. Di gəl, belələri hələ də var və çox təəssüf ki, nəticə çıxarmırlar, daha betərini edirlər, sanki acığa düşürlər. Bax, bu hikkə və təkəbbür imkan vermir ki, təvazökar, əliaçıq, səxavətli olasan. Əgər bir manatlıq iş görübsə, sən genişürəkli ol, iki manat ver və əvəzində hörmət, minnətdarlıq, dua qazan! İndi sizə təqdim edəcəyimiz Prezident İlham Əliyevə ünvanlanmış müraciət də bu qəbildəndir və tikinti şirkətinin rəhbərinin bir qrup usta-fəhlənin illərdir ki, başlarına açdığı oyundan bəhs olunur. Şikayyətçinin bildirdiyinə görə yekunda isə məlum olur ki, MTK rəhbəri işi ört-basdır etmək üçün ora-bura, pul paylayır, təkcə bu zəhmətkeş insanların halal haqqını, gördükləri işin məvacibini ödəmir. Ödəsəydin nə olardı ki? Nə məhkəmələrdə işlər uzanmazdı, hansısa məmurların cibinə pul girməzdi nə də usta-fəhlələr 4 ildən çoxdur ki, şikayətçi olmazdılar. Axı onlar əlavə nəsə tələb etmir?! İşlədiklərinin pulunu istəyirlər, o pulla da varlı olmayacaqlar, uzaqbaşı gündəlik dolanışığı qarşılayacaq. Uzun sözün kəsəsi, Rubrika.Az bildirir ki, həmin şikayətçilərin - usta və fəhlələrin adından, özü də daxil olmaqla Abdullayev Raqib Vaqif oğlu dövlət başçısı İlham Əliyevə müraciət edərək kömək istəyir. Raqib Abdullayev prezidentə müraciətdə başlarına gələn müsibətlərin 2019-cu ildən başladığını qeyd edir. Onun sözlərinə görə, "Mahal" MTK rəhbəri Rəhimov Elvin Adil oğlunu kaş tanımaz olaydılar. Şikayətçi deyir ki, şirkət sahibi Elvin Rəhimovla İlham Quliyev arasında razılaşma olub, 2019-cu ilin mayından 2020-ci ilin avqustuna kimi işlər görülüb. Lakin mənimlə şifahi razılaşmamız əsasında "Mənə dedi ki, briqadaya nəzarət, işlərin gedişi, layihənin icrası və bütün məsələlərin kontrolu səndə olsun. Söz verdi ki, işçilərlə müqavilə imzalanacaq, hər bir məsələ qanun çərçivəsində olacaq. Sonradan məlum oldu ki, bütün bu vədlər yalan imiş.Biz il yarım qeydiyyatsız işlədik. Sonra işin sonuna yaxın lüzumsuz məsələlər üstündə dava salmağa, gərginlik yaratmağa başladı, axırda ortalığa qırğın düşdü, bizi ordan uzaqlaşdırdı. Biz öyrəndik ki, sən demə, bu şirkətin rəhbəri hamıya qarşı belə imiş. Əvvəlcə işlədir, qurtarana yaxın boş yerə bir dava-dalaş salır ki, pulu kəssin, verməsin. İndiyə qədər bütün işçilərə çatacaq 65 min manat ödənilmir". Fəhlə-usta heyəti adından şikayəti dövlət başçısına çatdıran vətəndaş bildirir ki, bir müddət sonra "Mahal" MTK rəhbəri görülən işlərdə bəhanələr, yalandan qüsurlar axtarmağa başladı: "Halbuki bizlik nəsə yox idi, amma yenə də pulumuz almaq naminə dediklərini də elədik. Bundan sonra 9 ay qapısına gedib-gəldik, pulumuzu vermədi ki, vermədi, bizi aldatmağa başladı. Nəhayət, mart ayında qəbuluna getdik, təhvil-təslim aktı olacaqdı, bir də baxdıq ki, bu bizə qarşı nöqsan aktı hazırlayıb, tələb edir ki, bəs, bu akta imza atın. Əgər qol çəkmirsənsə, çıx çölə, səni tanımıram, sübut elə ki, mənimlə işləmisiniz. Axı müqaviləsiz işləmişik, aldadıb bizi. Dedik ki, cəhənnəm, buna da imza ataq, əsas odur ki, pulumuzu ala bilək. Orda da bizə dedi ki, biz kişiyik, heç kəsin haqqına girmərik, pulunuz veriləcək. Ancaq məlum oldu ki, bu adam bizi yenə aldadır. Üstündən bir həftə keçmişdi ki, Yasamal rayon Məhkəməsi bizə bildiriş göndərdi, "Mahal" MTK iddia qaldırıb, bəs, tikintidə nöqsanlar aşkarlanıb, şirkətə guya zərər vurmuşuq. Onda başa düşdük ki, bu adam nöqsan aktına imza atdırmaqla bizə "torba tikib".Yasamal rayon Məhkəməsində şikayəti verdik ki, İnzibati İqtisad Məhkəməyə". Şikayətçi bildirir ki, məhkəmə çəkişməsi dövründə araya qohumlar, sonra şirkət sahibinin dostu girdi:" Möhtərəm cənab Prezident, bu adam - Elvin Rəhimov yenə hamının yanında söz verdi, qayıtdı ki, ay biz haram yemərik, kişiyik, kişi kimi söz verirəm ki, bir həftəyə pulu ödəyəcəm. O bir həftə 9 ay oldu. Yenə get-gəl, nəticəsi, yox... Sonra yenə bir tanış çıxdı, getdi qəbuluna, and-aman edib 3 min manat verdi, vəssalam. Ondan sonra həmin tanış özü də bizə etiraf etdi ki, mən beləsini görməmişəm, əsəblərim pozuldu, bu adamla mümkün deyil. Sonra iş Bakı Apelyasiya Məhkəməsinə qədər uzandı. MTK rəhbəri nahahaq məqsədinə çatmaq üçün pul xərcləyir, öz xeyrinə qərarlar çıxarır, amma bizim pulumuzu vermir. . Üstəlik, Yasamal rayon Məhkəməsində iddia qaldırdı ki, guya onu təhqir etmişəm, 1500 manat da, məni cərimələtdi. Bax, belə bir saxtakar adamdır. Yəni fəhlənin, ustanın pulunu vermir, burda mənəm Bağdadda kor xəlifə. Özü də tək biz deyilik, türklərə, başqa-başqa adamlara 400 min bir, 800 min bir atıb. Hamıya borcu var. Bizi kimi kasıb, arxa-dayağı olmayanın da pulunu vermir". Raqib Abdullayev dövlət başçısına və hüquq-mühafizə orqanlarına müraciətdə bu şəxsi durdurmağa çağırır: "Hamıya borc ola, hamıya pul atasan, sonra belə azadlıqda gəzəsən..?Yəni bu əgər həqiqətdirsə məsələyə obyektiv baxan niyə yoxdur? Maraqlı suallar meydana çıxır. Kim ona belə himayədarlıq edir ki, hamını akdadır və sonra rahat gəzir? Bu dəqiqə "Mahal" MTK-nın dövlətə 2 milyon borcu var. Tanıyanlardan kimdən soruşursan, deyirlər ki, bu adam hamının pulunu fırladıb, bu gün-sabahlıqdır, onu tutacaqlar. Amma ortada heç nə yoxdur və biz də pulumuzu ala bilmirik".Müraciətdə o da qeyd olunur ki,,MTK rəhbərini qoruyanlardan biri qudası olan Nərimanov rayon Məhkəməsinin sədri Həbib Həsənovdur. O, əvvəllər Bakı Hərbi Məhkəməsinin hakimi olub deyə şikayyətçi bildirir. "Onu da qeyd etmək lazımdır ki, internet resurslarında və telekanallarda "Mahal" MTK barəsində çoxsaylı şikayətlərə rast gəlmək olar. Bu şikayətlər həm mənzillər alan sakinlərdəndir, həm işləyib zəhmət haqqını bu cür ala bilməyən usta-fəhlə briqadasındandır. Hətta ölkə telekanalları bu şirkətin əməllərini ekranlara daşıyıblar. AÜmumiyyətlə, bu tikinti maqnatı hələ 2019-cu ildə İsmayıllı, Ağsu və Şamaxı rayonlarında baş verən zəlzələ zamanı oradakı kəndlərdə evi qəzalı vəziyyətə düşmüş adamlara yeni həyət evləri tikdikləri zamanı xoşagəlməz fəaliyyəti ilə ailəsinə çörək pulu qazanan zəhmətkeş insanlara zəhmət haqlarını verməməkdə belə ad çıxarıb. İnsanlar qanuni işə qəbul olunmaları, vaxtı- vaxtında əmək haqqı almaları, dövlətə vergi ödənişi ediləcəyi barədə razılıq əldə etmişdilər şirkət rəhbərliyi təmsilçiləri ilə. Amma bütün respublika bildi ki, onlara qarşı haqsızlıq edilib. Sonra buna bənzər hadisə MTK-nın Bakıda tikdiyi binalarda da təkrarlandı.16 nəfərdən ibarət dam örtüyü işlərini həyata keçirən briqadanı neçə dəfə aldadıb haqqına girmək olar?MTK-nın rəhbəri Elvin Adil oğlu Rəhimov isə bu qədər qanunsuz hərəkətlərə baxmayaraq, şikayətçi sakinlərə qarşı aqressiv mövqe sərgiləyir, “kimə, hara istəyirsiniz gedib deyin” deyə kimsədən qorxusu olmadığını bəyan eləməkdən çəkinmir. İndi saytımız vasitəsi ilə şikayət edən insanlar soruşurlar: "Cənab Prezident, bu adam qanundan, dövlətdən qorxmadığını göstərir, o zaman biz nə etməliyik? Biz dövlətimizə, Sizə güvənirik. Günahkarın cəzasını vermək Dövlətə düşər". Məsələ ilə bağlı ,,Mahal 'MTK - nın rəhbəri Elvin Rəhimovla telfon əlaqəsi saxladıq. Elvin Rəhimov,, Raqib Abdullayev adlı birini tanımadığını, lakin iş icraçısı İlham Quliyevin bəhs etdiyiniz mövzu ilə bağlı ona 300 min manat ziyan vurduğunu bildirdi. Bu barədə məhkəmə prosesinin helə davam etdiyini vurğuladı' Mövzuda adı keçən Nərmanov rayon məhkəməsinin sədri Həbib Həsənovla əlaqə saxlaya bilməsək də köməkçi Emin müəllim,, Respublikada hər kəs bilir ki, Həbib müəllim tikintidən, biznesdən uzaq adamdır"deyərək sualımızı cavablandırdı.Nicat MahmudovRubrika.Az





Facebook-da paylaş

Chosen
57
rublika.az

1Sources