EN

Qəzzada öldürülən fələstinlilərin sayı 39 mini keçib

İsrail Qəzzada təhlükəsiz bölgəni tərk etməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xan Yunis şəhərinə hücumları zamanı bir gündə 89 fələstinlini şəhid edən İsrail ordusu "təhlükəsiz bölgə" elan etdiyi Əl-Məvasiyə də hücum edib.

Oktyabrın 7-dən Qəzzada öldürülən fələstinlilərin sayı 39 mini keçib.

İsrail ordusu mülki insanları hədəfə alaraq Xan Yunusda yenidən qətliam törədib.

Xan bir gündə Yunis şəhərinə etdiyi hücumlarda 89 fələstinlini öldürüb.

Qəzzada hökumət hücum nəticəsində 263 fələstinlinin yaralandığını, 68 nəfərin isə itkin düşdüyünü bildirib. İsrail Xan Yunusun qərbində təhlükəsiz zona elan etdiyi El Mevasi bölgəsinə də hücum edib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları İdarəsi Qəzzada hücuma məruz qalan təhlükəsiz yer qalmadığını vurğulayıb.

Xan Yunusda cəmi bir gündə 150 ​​min insan didərgin düşüb.

Chosen
32
3
operativmm.az

4Sources