AZ

Qəzzada öldürülən fələstinlilərin sayı 39 mini keçib

İsrail Qəzzada təhlükəsiz bölgəni tərk etməyib. Xan Yunis şəhərinə hücumları zamanı bir gündə 89 fələstinlini şəhid edən İsrail ordusu “təhlükəsiz bölgə” elan etdiyi Əl-Məvasiyə də hücum edib. Oktyabrın 7-dən Qəzzada öldürülən fələstinlilərin sayı 39 mini keçib.
Elchi.az xəbər verir ki, İsrail ordusu mülki insanları hədəfə alaraq Xan Yunusda yenidən qətliam törədib. Qəzzada hökumət hücum nəticəsində 263 fələstinlinin yaralandığını, 68 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
İsrail Xan Yunusun qərbində təhlükəsiz bölgə elan etdiyi El Mevasi bölgəsinə də hücum edib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları İdarəsi Qəzzada hücuma məruz qalan təhlükəsiz yer qalmadığını vurğulayıb.
Xan Yunusda cəmi bir gündə 150 min insan didərgin düşüb.
Səhiyyə sistemi çöküb, xəstəxanalar yaralılarla ayaqlaşa bilmir
Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik deyib ki, İsrailin təxliyə əmrlərinin hər biri insanların həyatını pozur.
İsrailin hücumuna məruz qalan Qəzzada səhiyyə sistemi çöküb və xəstəxanalar yaralılarla ayaqlaşa bilmir.
Qəzzadakı Hökumət Media Ofisi 15 min yaralı və xəstənin xaricdə müalicəyə ehtiyacı olduğunu bildirib.
Qəzzada 71 mindən çox hepatit hadisəsinin aşkar edildiyi, 10 min xərçəng xəstəsinin müalicəyə ehtiyacı olduğu bildirilib.Nuranə Məmmədova

Seçilən
23
3
elchi.az

4Mənbələr