EN

Avtomobil idarə edərkən infarkt keçirən şəxs dünyasını dəyişdi

Avtomobil idarə edərkən sükan arxasında infarkt keçirən 66 yaşlı kişi dünyasını dəyişib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Aydın bölgəsində baş verib.
 
İddialara görə, qəzanı törədən Resul Abdulhalim adlı şəxs sükan arxasına oturub, borcunu ödəməyə getmək istəyib.
 
Əbdülhəlim yolda maşın sürərkən infarkt keçirib. Bu vaxt Əbdülhəlimin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılaraq dayanıb. Qəzanı görən məhəllə sakinlərinin xəbəri üzərinə hadisə yerinə polis və təcili yardım qrupları sövq edilib.

Hadisə yerinə gələn təcili yardım qruplarının müayinəsi nəticəsində Əbdülhəlimin öldüyü müəyyən edilib.

Polis qəza ilə bağlı araşdırmaya başlayıb.
 
Oksana

Chosen
85
5
azxeber.com

10Sources