EN

BMT rəsmisi: "Qəzzada son sutkada təkcə bir şəhərdə 150 ​​min insan evindən didərgin düşüb"

Qəzzada son sutkada təkcə bir şəhərdə 150 ​​min insan evindən didərgin düşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT sözçüsü Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, İsrailin hər bir "evakuasiya əmri"nin insanların həyatını alt-üst edir: "İsrail ordusu hücumdan əvvəl vərəqələr  yayaraq,  çox qısa müddətdə təxliyyə tələb etməsi riskləridaha da artırır. İki gün əvvəl belə xəbərdarlıq verdi, cəmi bir gündə Xan Yunusdan 150 min nəfər evindən tələsik qaçdı. İnsanlar belə vahimə içindədirlər.  Onlar özləri ilə çox şey götürmədən qaçmaq məcburiyyətindədirlər..."

BMT sözçüsü bölgədə humanitar yardım işçilərinə və mülki şəxslərə qarşı hücumların qarşısının alınmamasına da təəssüfünü ifadə edib.
 
Zülfiyyə

MÄ°A.AZ

Chosen
33
mia.az

1Sources