EN

Xalq artisti qulağını evində, içkili halda əzib… – Yeni detal

Xəbər verdiyimiz kimi, xalq artisti Ağadadaş Ağayev “Medera” klinikasının gözətçisi ilə insident yaşayıb, ona balta atıb, əvəzində isə gözətçi Nurəddin Cəlilov tərəfindən ağır şəkildə döyülüb.BUTA.TV xəbər verir ki, olayla bağlı jurnalist Məhəmmədəli Qəribli yeni təfərrüatı açıqlayıb. Onun sözlərinə görə, hadisə ötən gün – 22 iyulda baş verib: “Hadisədən əvvəlki gecə (21 iyul) Ağadadaş Ağayev məhz “Medera”da əməliyyat olunub. Ağadadaş Ağayev “Medera” ilə çox yaxın məsafədə yerləşən, özünə məxsus olan “Büsat” şadlıq evinin həyətində ikimərtəbəli ev tikib, orada yaşayır. Xalq artisti içkili vəziyyətdə öz evində yıxılır və qulağını zədələyir. Onu “Medera”ya gətirirlər və gecə qulağına 6 tikiş qoyurlar. Hətta MRT də olunur. Əməliyyatı da əslən masallıdan olan bir həkim edib. Bildirilir ki, bütün bunların müqabilində Ağadadaş Ağayev “Medera”ya 1000 manat pul ödəyib. Səhər baxıb ki, qulağında ağrı var, gözətçidən xahiş edir ki, evə bir tibb bacısı göndərsin. Nəticədə kobud cavab alır. Sonrasını artıq bilirsiniz”. Qeyd edək ki, hadisənin 22 iyul səhər saat 07 radələrində baş verməsi rəsmi məlumatda da təsdiqlənir. Buna baxmayaraq, olayla bağlı sosial şəbəkələrdə digər versiya da səsləndirilir. İddiaya görə, Ağadadaş Ağayev klinikaya müraciət etməyib, insident parklanma üstündə baş verib. A.Ağayev parklanma yeri tutulduğu üçün gözətçini ağır sözlərlə təhqir edib və nəticədə də dava düşüb. Ancaq sosial şəbəkələrdə yayılan bu ehtimalı hadisənin səhər 7-də baş verməsi azaldır. Parklanma axşam və ya gecə saatlarında olar, səhər tezdən yox, üstəlik, Ağadadaş Ağayevin geyimi onun haradansa gəldiyini əks etdirmir, o geyimlə ancaq evdə olmaq mümkündür.

Xatırladaq ki, faktla bağll artıq cinayət işi açılıb və Ağadadaş Ağayev və Nurəddin Cəlilov istintaqa cəlb edilib.

Chosen
8
12
buta.tv

10Sources