EN

AzerGold CJSC işçi axtarır - VAKANSİYA

AzerGold CJSC

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin Baş mütəxəssisi

Son tarix 22 avq 2024 - Müraciət et

Əsas vəzifə və öhdəliklər:

  • Cəmiyyətin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Cəmiyyət tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasında iştirak etmək;
  • Press-reliz, məktub, xidmət məruzə, bəyanat, açıqlamaların hazırlanmasında iştirak etmək;
  • Press-reliz, məktub, xidmət məruzə, bəyanat, açıqlamaları rus dilinə tərcümə etmək;
  • Tədbir, sosial aksiyaların təşkilində iştirak etmək;
  • Mətbuat icmallarının hazırlanmasında iştirak etmək;
  • Cəmiyyətin tanıtım materiallarının hazırlanması (prezentasiyalar, korporativ kitablar, broşurlar və s.) və ictimaiyyətə təqdim edilməsini təşkil etmək;
  • Cəmiyyətin maraq dairəsində ola bilən tədbirləri araşdırmasında və bu tədbirlərdə (ictimai tədbirlər, prezentasiyalar, sərgilər, konfranslar və s.) * Cəmiyyətin nümayəndələrinin yüksək səviyyədə iştirakını təmin edilməsində və tənzimləməsində iştirak etmək;
  • Cəmiyyətin sosial informasiya siyasətinin formalaşdırılması üçün təkliflər vermək;
  • Şöbənin dövrlər üzrə iş planının tərtib edilməsində və müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
  • Şöbənin sifarişçisi olduğu müqavilələri nəzarətdə saxlayaraq uçotun aparılması;
  • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Dil bilikləri: Azərbaycan dili və Rus dili səlis bilməli, İngilis dili isə arzuolunandır;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • PR və SMM sahəsində biliklərin olması arzuolunandır;
  • Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali (jurnalistika sahəsində təhsil arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Namizəd ezamiyyətlərə açıq biri olmalıdır.

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı müsahibə əsnasında təyin olunur.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.
Chosen
28
1
fed.az

2Sources