EN

Gəncləri detektiv əsərlərdən çəkindirmək lazımdır

VI çağırış Milli Məclisin deputatı Etibar Əliyev özünün sosial media hesabında maraqlı paylaşım edib.

 

Viral.az-ın məlumatına görə, o bildirib ki, feysbukda intellektual yazılara maraq çoxalır.

 

“Ziyalı təbəqəsi hər gün yazmalıdır. Mən tez-tez kitab mağazalarında oluram. Bu məkanlarda əsasən gəncləri görürəm, onlarla söhbətləşirəm. İndiyə qədər həmyaşıdım və məndən yaşlı insanlarla rastlaşmamışam. Gənclərin öyrənmək istəkləri böyükdür. Onları detektiv əsərlərdən çəkindirmək lazımdır. Universitetlər tələbələrimizdə mütaliəyə maraq oyada bilmirlər. Qalır sosial şəbəkələr. Çində yaradılmış TikTok bütün dünyada populyardır. Bu platformada hər şeyi göstərə bilərlər. TikTok-da Kantın fikirləri, şeir oxumaqdan tutmuş kiminsə büdrəyib yıxılmasına, mənasız yumorlara qədər hər şeyə baxa bilərsiniz. Çarli Çaplinin qısa filmləri o dövrün TikTik-u idi, lakin daha təbii güldürürdü. 

 

Vaxt var idi ki, Baxın musiqsinin böyük hissəsi Bethovenə məlum deyildi, İndi musiqi bizə anındaca çatır. Bu, universal bilik sindromudurmu? Nobel mükafatı laureatı T. Eliotun maraqlı fikri var: “İnformasiya bilik deyil, bilik isə müdriklik deyil”. İnformasiya-biliyin təqdimatıdır”,  – deputat qeyd edib.

 

Etibar Əliyevin sözlərinə görə, sosial şəbəkələrdə maarifçiliyə çox böyük ehtiyac var:

 

“Əlbəttə ki, bunun da zaman ehtiyacı var. Sosial şəbəkələr biliyin geniş yayılmasına xidmət etməlidir. İşləri korlayan narsistlərdir. Artıq foto nümayiş etdirmək, mənasız aforizmlər, ekoloji cəhətdən çirkli yumor paylaşmaq ikrah hissi doğurur. Mənim müşahidəm budur!”

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Chosen
132
49
viral.az

10Sources