EN

ABŞ Məxfi Xidmətinin rəhbəri istefa verib

ABŞ-də Məxfi Xidmətin rəhbəri Kimberli Çitl istefa verib.

Missiya.Az Oxu.az-a istinadən xəbər verir ki, onun istefası ölkənin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdinə yol verilməsi fonunda baş verib.

Çitl Konqresdəki dinləmələr sonra Trampa qarşı sui-qəsd cəhdinin Məxfi Xidmətin son illərdəki ən böyük uğursuzluğu adlandırıb.

Qeyd edək ki, bir həftə əvvəl Çitl baş verənlərə görə tam məsuliyyət daşıdığını bildirərək istefa verməkdən imtina etmişdi.

Xatırladaq ki, Trampa sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı baş verib.

Chosen
92
3
missiya.az

4Sources