EN

Serdar Dursun "Alanyaspor"la 3 illik müqavilə imzalayıb

Fatih Karagümrükdən 1 mövsüm "Fənərbağça"ya qayıdan Serdar Dursunun müqaviləsi başa çatmışdı. Kanarya ilə görüşlərində razılığa gələ bilməyən Serdar Dursun aldığı təklifləri dəyərləndirib.

Demedia.az xəbər verir ki,"Fənərbaxça" ilə yollarını ayıran Serdar Dursun Super Liqa komandalarından "Alanyaspor"la 3 illik müqavilə imzalayıb. Superliqanın digər təmsilçisi “Konyaspor”la da masa arxasına oturan 32 yaşlı hücumçu “Alanyaspor”u seçib. Dursun sabah "Alanyaspor"un Topuk Yaylasındakı düşərgəsinə qatılacaq. Ötən mövsüm "Fatih Karagümrük" və "Fənərbaxça" forması ilə 35 matça çıxan təcrübəli futbolçu meydanda keçirdiyi matçlarda 9 qol vurub, 2 məhsuldar ötürmə edib.

Chosen
9
demedia.az

1Sources