Xacmaz rayonunun Nabran kəndində fərdi yaşayış evində partlayış olub.

Leqal.info xəbər verir ki, hadisə zamanı evdə olan Tovuz rayon sakinləri 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazova və 2 yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin məlumata əsasən, partlayış qaz sızması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info