EN

"Beşiktaş" Fatih Karagümrükdən Can Keleşi heyətinə qatıb.

"Beşiktaş" uzun müddətdir heyətinə qatmaq istədiyi Fatih Karagümrükdə çıxış edən Can Keleşi heyətinə qatıb. Fatih Karagümrük Can Keleşin "Beşiktaş"a transfer olunduğunu açıqlayıb.

Demedia.az xəbər verir ki,  Can Keleşin "Beşiktaş"a transferi ilə bağlı razılığa gəldik. Ona xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq. Buna əməl edən "Beşiktaş" klubuna da təşəkkür edirik. Transfer prosesi zamanı bütün transfer etikasına uyğun olaraq."
Digər tərəfdən, "Beşiktaş" da 22 yaşlı futbolçu ilə müqavilə imzaladıqlarını açıqlayıb. Qara-ağlar transfer açıqlamasında, "Klubumuz 2024-25 mövsümü transfer işləri çərçivəsində son olaraq VavaCars Fatih Karagümrük Klubunda çıxış edən gənc yarımmüdafiəçi Can Keleş ilə müqavilə imzaladı".

Chosen
17
demedia.az

1Sources