EN

“Turan Tovuz” “Adana Dəmirspor”a 3 qol vursa da…

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz” bu gün hazırlıq çərçivəsində ikinci yoxlama görüşünü keçirib.

Arena.az xəbər verir ki, Kurban Berdıyevin komandası yerli “Adana Dəmirspor”la qarşılaşıb.

Super Liqa klubu ilə matç 3:3 hesablı bərabərliklə başa çatıb. Tovuz təmsilçisinin heyətində Veysəl Rzayev və Aleks Souza fərqləniblər. Digər qolu isə türklər öz qapılarından keçiriblər.

Xatırladaq ki, tovuzlular ilk yoxlama matçında Türkiyənin Birinci Liqa təmsilçisi “Pendikspor”la qolsuz heç-heçəyə razılaşmışdılar.

“Turan Tovuz”un Türkiyədə daha bir yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Sonuncu yoxlama oyunu iyulun 25-də baş tutacaq. Baş məşqçi Kurban Berdıyev komandasını Türkiyə Birinci Liqa təmsilçisi “Kocaelispor”la oyunda sınaqdan keçirəcək.

Chosen
108
2
arena.az

10Sources