Ukraynanın əmək bazarında məşğul əhalinin sayı 2021-ci illə müqayisədə 2023-cü ildə 2,5 milyon nəfər azalıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat nazirinin müavini Tatyana Berejnaya qeyd edib.
Onun sözlərinə görə, 2030-cu ilə qədər ümumi daxili məhsulun (ÜDM) 7% artımını təmin etmək üçün ölkədə əlavə 4,5 milyon işçi tələb olunacaq.
Məlumata görə, 2021-ci ildə rəsmi əmək bazarı 11,5 milyon işçidən ibarət idisə, 2023-cü ildə bu rəqəm rəsmi olaraq 9 milyon nəfərə qədər azalıb.
Gözəl Həşimova