EN

Azərbaycanın üç klubunun rəqibləri bilinir

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

"Cebheinfo.az" xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Azərbaycanın üç klubunun mümkün rəqibləri bəlli olacaq.

Püşkatma zamanı "Sabah" - "Makkabi" cütü səpələnmişlərdə olacaq. "Sumqayıt" - "Fehervar" və "Zirə" - "Dunayska Ştreda" cütləri isə səpələnməmişlər sırasında yer alacaq.

Xatırladaq ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək.

Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.

"Cebheinfo.az"

Chosen
71
6
cebheinfo.az

10Sources