EN

Klintonlar Kamala Harrisə dəstək olacaqlarını bəyan etdilər

Kamala Harrisin prezidentliyə namizədliyi ABŞ-nin keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton tərəfindən dəstək qazanıb.

Bu barədə məlumat Bill Klintonun "X" sosial şəbəkə hesabında paylaşılıb.

"Biz də Co Baydenə qoşuluruq və vitse-prezidenti Kamala Harrisi dəstəkləyirik", - deyə paylaşımda qeyd olunub.

Paylaşımda, həmçinin qeyd olunub ki, Klintonlar Kamala Harrisi dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə hazırdırlar.

"Cebheinfo.az"

Chosen
204
19
cebheinfo.az

10Sources