EN

Türkiyəli futbolçunun qolu Avro-2024-ün ən yaxşısı seçildi - VİDEO

UEFA Avro-2024-ün ən yaxşı 10 qolunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, ən yaxşı 10 qol əvvəlcə UEFA-nın texniki müşahidəçiləri tərəfindən seçilib, sonra isə internet saytında səsverməyə çıxarılıb. Azarkeşlər Türkiyə millisinin üzvü Mert Müldürün Gürcüstana vurduğu qolu turnirin ən gözəl qolu seçiblər.

İkinci yeri pley-offda Lamin Yamalın Fransaya uzaq məsafədən vurduğu qoldur. Üçüncü sırada isə Türkiyə millisinin digər üzvü Arda Gülerin Gürcüstana vurduğu qol var.

Xatırladaq ki, turnirin finalında İspaniya yığması İngiltərəyə 2:1 hesabı ilə qalib gəlib və Avropa çempionu olub.

 

 

Chosen
72
4
bakivaxti.az

5Sources