EN

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Yenidən ən yüksək dövlət postu uğrunda mübarizəyə qatılan ABŞ-nin keçmiş prezidenti Donald Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirib.
 
Oxu.Az "Deutsche welle"-yə istinadən xəbər verir ki, siyasətçi Miçiqan ştatında "Keçən həftə demokratiyaya görə güllə aldım", - deyə bəyan edib.
 
Mitinqdə Trampdan başqa, vitse-prezidentliyinə namizəd, Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vens çıxış edib.
 
Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası zamanı yaralanıb. 20 yaşlı gənc siyasətçiyə atəş açıb. Güllə Trampın qulağına dəyib.
Chosen
35
13
moderator.az

10Sources