“Milan”ın futbolçusu Luka Romero karyerasını İspaniyada davam etdirəcək.
İdman.biz xəbər verir ki, İtaliya klubu yarımmüdafiəçini icarəyə verib.
Argentinalı növbəti mövsümü “Alaves”də keçirəcək. “Milan” onu 2023-cü ilin yayında “Latsio”dan transfer edib.
Qeyd edək ki, Romeronun milanlılarla müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
İdman.biz