EN

Türkiyə Azərbaycana neçə milyon dollarlıq hazır geyim ixrac edir? - Yeni rəqəm

2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 faiz azalaraq, 29,3 milyon dollara bərabər olub.

QAZÌLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.

“Bu ilin iyun ayında Türkiyə Azərbaycana 3,3 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 45 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz azalaraq, 8,7 milyard dollara bərabər olub

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
114
48
qaziler.az

10Sources