AZ

Türkiyənin Qazaxıstana hazır geyim ixracı 160 milyon dolları ötüb

Bakı. Trend:

2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin Qazaxıstana hazırgeyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faizazalaraq, 161,8 milyon dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadənməlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin iyun ayında Türkiyə Qazaxıstana 29,2 milyon dollarməbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən iliniyun ayı ilə müqayisədə 3,8 faiz çoxdur”, – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyəninhazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə12,8 faiz azalaraq, 8,7 milyar dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1,3 milyard dollar məbləğində hazırgeyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı iləmüqayisədə 21,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixracedib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
13
az.trend.az

10Mənbələr