Bakı. Trend:
Amerikalı iş adamı İlon Mask "Windows" əməliyyat sistemindəqlobal nasazlığa səbəb olan "CrowdStrike"ın (kibertəhlükəsizliküzrə ixtisaslaşmış şirkət - red.) proqram təminatını sildikləriniaçıqlayıb.
Trend xəbər verir ki, bu barədə Mask öz "X" hesabında yazıb.
"Biz "CrowdStrike"ı bütün sistemlərimizdən sildik", - oyazıb.
Qeyd edək ki, Mask "SpaceX" və "Tesla" şirkətlərinin yaradıcısı,həmçinin, "X" sosial şəbəkəsinin və eyniadlı şirkətinsahibidir.