AZ

Hətta Çin lideri Donald Trampa qarşı sui-qəsdi pislədi, bircə Putindən hələ açıqlama yoxdur

Müxtəlif ölkələrin liderləri, hətta Çin lideri Tsi Cinpin Donald Trampa qarşı sui-qəsdi pisləyiblər, bircə Rusiya prezidenti Vadimir Putindən hələ açıqlama yoxdur. Putinin Trampa münasibəti müsbət olsa da, ABŞ-ın Ukraynaya maliyyə və hərbi dəstəyi Kreml sahibinə sui-qəsdi pisləməyə imkan vermir.

Halbuki, terrorçular 2001-ci ilin 11 sentyabrında Amerikaya hücum etdikdə keçmuş prezident Corc Buşa ilk zəng edənlərdən biri Vladimir Putin olmuşdu. Putin terrorçuların Amerikaya hücumunu pisləməklə yanaşı terrorçularla mübarizədə ABŞ-a dəstək vədi vermişdi. Dövran dəyişib, Rusiya-ABŞ münasibətləri tərəfdaşlıqdan düşmənçilik müstəvisinə keçib və hər hansı dəstəkdən danışmaq mümkün deyil. Eyni sözləri Çinə də aid etmək olar. Tsi Cinpinin Trampa qarşı sui-qəsdi pisləməsinə baxmayaraq, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin vitse-prezidenti Rob Vittman Çinin Afrikadakı fəaliyyətini “cinayət” adlandırıb. “Çin yer üzündə ən böyük insan haqlarını pozan ölkədir” deyən konqresmen Çin şirkətlərinin Afrikada işçiləri istismar ediyini və ətraf mühitə zərər vurduğunu bildirib. Sui-qəsdə uğrayan Donald Trampın da Çinə münasibəti bəllidir. Prezidentliyi dövründə Çin məhsullarına qarşı gömrük vergilərini ilk qaldıran Donald Tramp olmuşdu. Trampın Ukrayna Prezidenti Volodimir Zelenskidən də xoşu gəlmir, o Ukraynaya dəstəyin yanlış olduğunu vurğulayır. Sui-qəsd cəhdindən sonra müxtəlif ölkələrin liderləri özlərini Donald Trampın prezidentliyə hazırlamalıdırlar.

Elxan Şahinoğlu

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
5
visiontv.az

10Mənbələr