“Şamaxı” klubu yeni transfer etdiyi futbolçusu Lubeni Haukonqo ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, Namibiya millisinin üzvü Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.
Qeyd edək ki, müdafiəçi ilə 1 illik müqavilə imzalanmışdı.