EN

“Neftçi” Türkiyədə növbəti sınağına çıxacaq

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv “Erzurumspor”la qarşılaşacaq. Türkiyənin I Liqa təmsilçisi ilə görüşə saat 18:00-da start veriləcək.

“Neftçi” daha öncə Super Liqa təmsilçiləri “Alanyaspor”u (3:1) və “Sivasspor”u (2:1) məğlub edib.

Chosen
43
8
futbolpress.az

10Sources