EN

Boris Conson əmindir:TRAMP UKRAYNANI XİLAS EDƏCƏK

ABŞ prezidentliyinə namizəd Donald Tramp öz cəsarəti və gücü sayəsində Ukraynada müharibəyə son qoya biləcək. 

 

Senzor.az bildirir ki, Britaniyanın keçmiş baş naziri Boris Consonun “Daily Mail” qəzetinə yazdığı məqalədə belə deyilir.

 

“Trampla danışdıqdan sonra əmin oldum ki, onun bunu düzəltmək, Ukraynanı xilas etmək, sülh gətirmək və münaqişənin dağıdıcı yoluxmasını dayandırmaq üçün gücü və cəsarəti var”, - Conson yazıb.

 

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl Donald Trampın qalib gələcəyi təqdirdə müharibəni 24 saat ərzində bitirmək vədlərini şərh edərkən “heç kim Ukraynanı sadəcə olaraq dayanıb Rusiya ilə sülh sazişi bağlamağa məcbur etməyəcək” demişdi.

 

Senzor.az

Chosen
129
50
senzor.az

10Sources