EN

Vasili Radenoviç “Şamaxı”da - Rəsmi

Bosniya və Herseqovinanın QOŞK (Qabela) komandasının mərkəz müdafiəçisi Vasili Radenoviç bundan sonra “Şamaxı”nın formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Sözügedən klub son olaraq müdafiəçi Vasili Radenoviçi heyətinə qatıb. Mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Radenoviçin sonuncu komandası Bosniya və Hersoqavinanın QOSK (Qabela) klubu olub. 30 yaşlı monteneqrolu futbolçu 2023-cü ilin iyul ayında qoşulduğu bu klubun heyətində 26 oyuna çıxıb.

Vasili Radenoviç karyerası ərzində “Kolubara”, “Jezero”, “OFK Petrovaç”, “Proletar”, “Zarkovo”, “Yaqodina”, “Lixtenauer”, “Lovken”, “Deçiç”, “Mladost” və “Borça” kimi klublarda da forma geyinib.

Xatırladaq ki, “Şamaxı” daha öncə Adil Nağıyev (“Səbail”), Rafael Məhərrəmli (“Səbail”), İlkin Muradov (“Zirə”), Rüfət Abbasov (“Neftçi”), Rauf Rüstəmli (“Sabah”, icarə), Fəxri Məmmədli (“Sabah”, icarə), Belaydi Pusi (“Turan Tovuz”), Brahim Konate (“Hapoel”, Afula, İsrail), Georgi Kantariya (“Nejmeh”, Livan), Rikardo Fernandes (“Torreense”, Portuqaliya) və Kamal Bayramovu (“Turan Tovuz”) da heyətinə qatmışdı. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də “Şamaxı”ya qayıdıb.

Səbayıl Bağırov, Abdulla Seydəhmədov, Emin Zamanov və Sahib Həsənovla da yeni müqavilə imzalanıb. Sahib Həsənov yeni müqavilə bağladıqdan sonra “Difau Ağsu”ya icarəyə verilib. Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərov və Kənan Quliyev isə “Şamaxı”nı tərk ediblər.

Chosen
67
1
arena.az

4Sources