EN

Qəzzada poliomielit törədən virus aşkarlanıb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada ən çox uşaqlar əziyyət çəkir.

Ailələrini itirən, aclıq və susuzluqla mübarizə aparan uşaqlar indi poliomielitə səbəb olan virusla üzləşiblər.

Qəzzada Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ilə koordinasiyalı olaraq çirkab sulardan götürülən nümunələr üzərində aparılan müayinələr haqqında məlumat verilib.

Açıqlamada, infrastrukturun dağıdılması səbəbindən insanların yaşadığı yerlərdə və çadırların arasından axan və yığılan sularda poliomielit xəstəliyinə səbəb olan virusun aşkar edildiyi, minlərlə insanın poliomielit xəstəliyinə yoluxma riskinin olduğu bildirilib.

Su qıtlığı və kanalizasiya ilə çirklənməsi, tonlarla zibil yığılması və İsrailin təmizlik materiallarının ölkəyə daxil olmasına mane olması səbəbindən əsl sağlamlıq fəlakətinin baş verə biləcəyi xəbərdarlığı edilib.

Chosen
65
1
aznews.az

2Sources