AZ

Qəzzada fövqəladə vəziyyət: Virus aşkarlandı

Uşaq iflicinə səbəb olan virus Qəzzada tullantı sularında aşkar edilib və bu, əsl sağlamlıq fəlakətinin xəbərçisidir.

"Cebhe.info" xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ilə koordinasiyalı olaraq çirkab sulardan götürülən nümunələr üzərində aparılan müayinələr haqqında məlumat verilib.

Məlumatda infrastrukturun dağıdılması səbəbindən insanların yaşadığı yerlərdə və çadırların arasından axan və yığılan sularda uşaq iflici xəstəliyinə səbəb olan virusun aşkar edildiyi, minlərlə insanın uşaq iflici(poliomielit) xəstəliyinə yoluxma riskinin olduğu bildirilib.

Su qıtlığı və kanalizasiya ilə çirklənməsi, tonlarla zibil yığılması və İsrailin təmizlik materiallarının ölkəyə daxil olmasına mane olması səbəbindən əsl sağlamlıq fəlakətinin baş verə biləcəyi xəbərdarlığı edilib.

Qeyd edilib ki, İsrailin hücumlarının dərhal dayandırılması, təmiz su ilə təmin edilməsi, kanalizasiya xətlərinin təmiri və köçkünlərin məskunlaşdığı yerlərdə əhalinin sıxlığının azaldılması tələb edilib.

Seçilən
73
3
cebheinfo.az

6Mənbələr