Demokrat.az xəbər verir ki, dünyanın bir çox hava yolları şirkətlərinin fəaliyyətində fasilələr yaranıb.
Rabitə problemləri səbəbindən "United Airlines", "American Airlines" və "Delta Airlines" kimi böyük aviaşirkətlər uçuşları dayandırıb.
Məlumata görə, London birjasının fəaliyyəti pozulub, İsrail, Almaniya və Avstraliyanın İT sistemlərində problem yaranıb. MS 365 ofis proqram sistemində də nasazlıq baş verib və buna görə də bütün dünyada istifadəçilər şəxsi cihazlarının işləməsindən şikayət ediblər.
Səhər saatlarında "Microsoft" şirkəti nasazlığın aradan qaldırıldığını bildirib. İddialara görə, “Microsoft” sistemlərində nasazlığın kibermüdafiə xidmətləri göstərən “CrowdStrike” şirkətinin proqram təminatının yenilənməsində baş vermiş xəta nəticəsində yaranma ehtimal var.
Mətbuat Türk Hava Yollarında da böyük qlobal nasazlıq səbəbindən uçuşların dayandırılmasından yazır.
"Windows 10" əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə təsir göstərməyib. Bu barədə saytımıza qurumdan məlumat verilib. "Bakı aeroportunun əməliyyatları "Amadeus" sistemi üzərindən həyata keçirilir ki, bu da hazırda aeroportun fasiləsiz fəaliyyətini təmin edir", - açıqlamada bildirilir.
Qeyd edək ki, yaranan nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlar həyata keçirən əksər aviaşirkətlərin işinə də təsir göstərməyib. Bununla belə, yaranan problem “Flynas” aviaşirkətinin Ər-Riyad-Bakı-Ər-Riyad marşrutu üzrə uçuşunu ləğv etməsinə səbəb olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
5Sources
-
modern.azQlobal nasazlıq niyə ajiotaj yaratdı? - Ekspertdən AÇIQLAMA ( 8876108)
-
herbiand.azSON DURUM: Qlobal əməliyyat sistemində nasazlıq - dünya ajiotaj içərisində ( 8872889)
-
redaktor.az"Windows"un işindəki problem kibertəhlükəsizliklə bağlıdır? - AÇIQLAMA ( 8871533)
-
demokrat.azDünyada ajiotaj yarandı — Bakı hava limanında son DURUM ( 8869661)
-
modern.azQlobal nasazlıq: Dünyada ajiotaj yarandı - Bakı hava limanında son DURUM ( 8868920)