EN

Xankəndi şəhərində dövlət qeydiyyatına alınan ilk şirkət kimindir?

Hüquqi ünvanı Xankəndi şəhərində yerləşən 12 şirkət dövlət qeydiyyatına alınıb.

Valyuta.az xəbər verir ki, Xankəndi şəhərində dövlət qeydiyyatına alınan ilk şirkət “166 İNVEST.AZ” MMC (VÖEN – 8000074691) olub.

Məlumat üçün bildirək ki, şirkət bu ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. Bu tarixdən əvvəl hüquqi ünvanı Xankəndi şəhəri olan heç bir şirkət qeydiyyata alınmayıb.

Nizamnamə kapitalı 10 manat olan “166 İNVEST.AZ” MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur.

Qeyd edək ki, Zeynalov Aqil İsmayıl oğlu 2011-ci ildə təsis olunan “Evakuasiya.Az” MMC-nin (VÖEN – 1501720121), 2013-cü təsis olunan “Yük Taksisi.Az” MMC-nin (VÖEN - 1303349591) və 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin (VÖEN – 1503392351) də direktorudr.

Adları qeyd olunan bu şirkətlər ölkənin aparıcı yükdaşıma şirkətlərindən biri hesab olunur. Əhalinin işğaldan azad olunmuş ərazilərə köçürülməsi əsasən bu şirkətlər vasitəsi ilə həyata keçirilir.

Aqil Zeynalov eyni zamanda “156” və “166” kimi məşhur evakuasiya xidmətlərinə rəhbərlik edir. 

Xatırladaq ki, ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələri Xankəndi şəhəri və ətrafındakı ərazilərdə anti-terror əməliyyatı keçirərək 30 ildən artıq müddətdə mövcud olmuş separatçı rejimin fəaliyyətinə son qoyub.

Hüquqi ünvanı Xankəndi şəhərində yerləşən şirkətlərin siyahısını təqdim edirik:

© Yeniavaz.com

Chosen
86
50
valyuta.az

10Sources