EN

Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Bəxtiyar Hümbətovla vida mərasimi keçirilir - FOTO

Qalıqları Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bəxtiyar Hümbətovun nəşi Yevlax rayonuna gətirilib.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Yevlax şəhərində ailəsinə təhvil verilib.
 
Hazırda şəhidlə vida mərasimi keçirilir.
 
Qeyd edək ki, Bəxtiyar Əliş oğlu Hümbətov 1974-cü ildə anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.
 
B.Hümbətov Yevlax rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.

 
Chosen
94
8
baku.ws

10Sources