EN

Bu gün GRE imtahanı keçiriləcək

Image

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün GRE imtahanı keçirəcək.  ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı iyulun 19-da Dövlət İmtahan Mərkəzinin Binəqədi rayonu Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində (TÜRKPA-nın yanı) yerləşən elektron imtahanlar korpusunda təşkil olunacaq.

İmtahanda iştirak edəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.İmtahan saat 09:00-da başlanır.

Qeyd edək ki, GRE (Graduate Record Examinations) imtahanı dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsilini almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.

Mətləb Salahov





Chosen
174
28
baki-xeber.com

10Sources