EN

“Roma”da yeni qapıçı

"Roma" qapıçı Metyu Rayanı transfer edib.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, avstraliyalı qolkiperlə 1+2 illik müqavilə imzalanıb.

32 yaşlı futbolçu İtaliya təmsilçisinə azad agent kimi keçib. O, yeni klubunda 98 nömrəli forma ilə çıxış edəcək.

Bundan əvvəl Rayan "Brügge", "Valensiya", "Genk", "Brayton", "Arsenal", "Real Sosyedad", "Kopenhagen" və "Alkmaar" klublarında çıxış edib.

Chosen
28
5
rekord.az

5Sources