EN

"Qarabağ" ÇL üçün iştirak ərizəsini açıqladı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsinin "Linkoln"la (Cəbüllütariq) oyunları üçün iştirak ərizəsi müəyyənləşib.

Publika.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesablarında məlumat yayıb. Siyahıda 24 futbolçunun adı yer alıb: Yeni transferlərin hamısının ərizəyə salınıb.

Qeyd edək ki, "Qarabağ" "Linkon"la ilk görüşü oyunu iyulun 23-də səfərdə keçirəcək. Cavab matçı isə 1 həftə sonra Bakıda baş tutacaq.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 12. Sadiq Məmmədzadə;
Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;
Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 66. Patrik Andrade;
Hücumçular: 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 19. Redon Cica, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.

Heybət

Chosen
35
21
publika.az

10Sources