Ursula fon der Leyen Avropa Parlamentində (AP) etimad səsverməsi alıb və daha bir müddətə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri olub.
AP-nin ən böyük qrupu olan Avropa Xalq Partiyası (APP) tərəfindən namizədliyi irəli sürülən və 6-9 iyun tarixlərində keçirilən seçkilərdən sonra Aİ liderləri tərəfindən AP-yə tövsiyə edilən Von der Leyen Baş Assambleyada etimad səsi alıb.
Bağlı zərfdə keçirilən səsvermədə deputatlardan 401-i “hə”, 284-ü “xeyr”, 15-i isə bitərəf qalıb.
Von der Leyen bununla da 2019-cu ildən tutduğu Aİ Komissiyasının sədri vəzifəsini daha 5 il davam etdirmək hüququ qazanıb.